Proqramlarım: 0
Daxil Ol Qeydiyyat

Haqqımızda

İnanırıq - hər kəs xaricdə təhsil ala bilər!


Biz nə edirik?

Bilirik ki, dəqiq məlumata və dəstəyə malik olmadan xarici universitetə daxil olmaq nə qədər çətin və mürəkkəbdir, lakin komandamızın üzvlərinin əksəriyyəti buna özləri nail olmuşlar! Bundan belə, xaricdə təhsil almağın özü də həyatda yaşanan bir macəradır. Biz, Unibroad olaraq, bütün bu prosedurları başa çatdırmaq və məqsədinizə nail olmaq üçün Sizə müvafiq dəstəyi göstəririk. Siz elə indi - xaricdə universitetdə təhsil almağa başlaya bilərsiniz.

Biz kimik?

Unibroad International dünyanın aparıcı universitetlərində xaricdə təhsil almaq arzunuzu reallaşdırmaq üçün yaradılmış tam avtomatlaşdırılmış bir platformadır. Qlobal əsaslı olan bu platforma təhsilinizə uyğun proqramları asanlıqla tapmaq və bir neçə dəqiqə ərzində seçmək və həmin proqrama müraciət etməyə imkan yaradır. Bu layihə xaricdə təhsil alaraq fərqli mədəniyyətləri araşdırmaq və yeni qlobal düşüncə nəslini formalaşdırmaq ideasından qaynaqlanır. İnanırıq ki, təhsil və elm arasında heç bir sərhəd yoxdur və təhsil almaq istəyənlər üçün heç bir məhdudiyyət mövcud deyildir. 

Dünyanın Universitetləri ilə tanış olun!

Unibroad dünyanın aparıcı universitetləri ilə əməkdaşlığından qürur duyur. Bizim axtarış sistemimiz sizə ən uyğun seçimi mükəmməl şəkildə etməyə imkan verir. Başlanğıcda bu çox əlçatmaz və inanılmaz görünsə də, bizim təcrübəmizə etibar etsəniz, Sizin xaricdə təhsil səyahətiniz sadəcə olaraq bir klik sayəsində reallaşacaqdır!



ƏLAVƏ İNFORMASİYA


Əvvəlcə sayta girməli, qeydiyyatdan keçməlisiniz və proqram bölməsinə keçid eləməlisiniz. Soldakı filtrasiya sistemindən istifadə etdikdən

sonra sizə uyğun proqramı seçə bilərsiniz. Növbəti addımlarda proqramda qeydiyyatdan keçmək üçün lazım olan məlumatları doldurmalısınız.


Müraciətiniz sadəcə 5 dollar ödəməklə təsdiq edilir.