Proqramlarım: 0
Daxil Ol Qeydiyyat

Tez-tez verilən suallar

How much does Unibroad charge for its services?

If Unibroad approves candidate’s request, all support and guidance are carried out for no charge. However, in order to activate your account on www.unibroad.co , you must pay a symbolic application fee.

Can I receive a full scholarship?

Either Unibroad or its partner universities do not provide full scholarships. However, Unibroad offers up to 50% scholarship for certain programs at universities.

Təhsil haqqından azad olmaq nədir?

Təhsil haqqından azad olmaq təhsil haqqını ödəməkdən qurtulmaq imkanları yaradan bir təqaüd mükafatlandırmasıdır. Bu imkan sizi təhsil haqqından ən azı qismən, ən çoxu isə tam imtina etmək perspektivi arasında dəyişə bilər. Sizin təhsil məsləhətçiniz bu cür universitetləri müəyyən etməkdə və onlara müraciət etməkdə sizə yardımçı ola bilər.

Universitetə daxil olduqdan sonra ixtisası dəyişə bilərəmmi?

Bəli, əlbəttə. Əslində, bir çox bakalavr tələbəsi dörd illik təhsil müddətində öz ixtisasını ən azı bir dəfə dəyişir. Xaricdəki universitetlərin əksəriyyəti tələbələrə öz ixtisaslarını onların niyyətlərinə uyğun bir şəkildə dəyişməyə imkan verir.

Sandwich və Foundation proqramları nədir?

Sendviç proqramları, təhsil dövrləri və sənayedə keçirdiyiniz vaxtın birləşməsindən ibarətdir. Kurs müddəti bütün bakalavr kursları üçün ənənəvi 3 il əvəzinə 4 ilə uzadılır. Fond proqramları 1 il ərzində nəzərdə tutulub və tələbələr üçün onların ixtisasları ilə beynəlxalq universitetdə və ya kollecdə dərəcə almaq proqramına daxil olmaq üçün lazım olan proqramlar arasında keçid qismində alternativ vasitə kimi nəzərdə tutulub.

Xaricdə təhsil aldığım zaman işləyə bilərəmmi?

Bu iştirak edəcəyiniz proqramın müddəti və növündən asılıdır. Beynəlxalq tələbələrə həftədə 20 saat dərs günləri və tətillər zamanı tam işləmək icazəsi verilir. Bir çox təhsil müəssisələri tələbələr üçün yarım günlük əsasda iş tapmqda köməklik edir.

Orta məktəbdə və ya kollecdə qiymətlərim orta səviyyədən aşağıdır. Qəbul edilə bilərəmmi?

Cavab – ŞÜBHƏSİZ Kİ BƏLİ! Xaricdə bir sıra məqsədyönlü universitetlər vardır ki, onlar tələbələrin bəzi hallarda öz fikirlərini tam cəmləşdirə bilmədikləri və təhsilə diqqət yetirmədiklərini yaxşı başa düşürlər. Onların bəziləri hətta orta akademik bal üçün heç bir tələb belə irəli sürmürlər. Onlar mahiyyət etibarı ilə namizədin özünə daha çox diqqət yetirirlər.

Müraciət etmək üçün ən münasib vaxt nə vaxtdır?

Hər bir xarici universitet bir il ərzində qəbul sessiyalarına malikdir. Bəzilərində iki dəfə daxil olmaq imkanları, digərlərində isə tədris ili ərzində üç və ya yalnız bir ya da il boyu bir qəbul ola bilər. Müəyyən bir ölkədəki əksər qurumlar eyni yanaşmanı tətbiq edirlər. Beləliklə, son tarixləri görmək üçün müəyyən bir proqramın profilini yoxlaya bilərsiniz.

Xaricdə təhsil almaq bahadırmı?

Cavab: ƏLBƏTTƏ Kİ XEYR. Təhsil haqqı proqramdan, məktəbdən və ölkədən asılı olaraq dəyişir. Ona görə proqramın profillərini xüsusi ödənişlər üçün yoxlayın. Siz Unibroad vasitəsilə həm uyğun, həm də ən əsası öz cibinizə uyğun olan proqramı tapa bilərsiniz.

IELTS / TOEFL sertifikatım yoxdursa, nə edə bilərəm?

Hər bir proqram üçün müəyyən bir İngilis dili səviyyəsi tələb olunur. Beləliklə, ən asan yol IELTS sertifikatınızı və ya onun hər hansı bir ekvivalentini təqdim etməkdir. Bununla belə, əgər sertifikatınız yoxdursa, siz hələ də əksər proqramlara müraciət edə bilərsiniz, çünki bir çox universitetlər dil bilik səviyyənizi müəyyən etmək üçün daxili dil testi və ya müsahibə təklif edirlər.

Mən hər hansı təqaüd almaq hüququna malikəm?

Unibroad hər kəsin təhsil almaq şansına sahib olmasını təmin etmək üçün əlindən gələni edir. Proqramın profilindəki bütün təklif olunan təqaüdləri, qrantları və endirimləri nəzərdən keçirə bilərsiniz (təqaüd bölməsinə baxın).

Unibroad.co-da xaricdə təhsil proqramını necə tapa bilərəm?

Sizin üçün mükəmməl bir proqram tapmaq üçün müxtəlif yollar vardır. Siz Sual alqoritmlərimizdən keçə bilərsiniz, və yaxud sadəcə proqram sahəsini seçib filtrləri əsas, təyinat və büdcənizə görə tənzimləyə bilərsiniz. Siz həmçinin proqramlari ölkələrə görə də sıralaya bilərsiniz.

Qəbul üçün uyğunam?

Hər bir təhsil müəssisəsi və proqramı tələbə qəbulu üçün müxtəlif tələblərə malikdir. Bu tələbləri proqramın profilində tapa bilərsiniz.

Harada Xaricdə təhsil almalıyam?

Sizdən başqa heç kim bu suala cavab verə bilməz! Buna baxmayaraq, ən yaxşı seçim etmək üçün Unibroad həmişə yardımçınız olacaqdır. Hansısa bir təyinat yeri seçməkdə şübhə edirsinizsə, saytdakı ən populyar ölkələrə baxa bilərsiniz.